"Özünü müxalifət adlandıran anti-milli ünsürlər erməni lobbisinin tezis və tapşırığı əsasında növbəti dəfə yaramaz kampaniyaya start veriblər. Belə ki, anti-milli ünsürlər Qarabağdakı separatçıların “seçki oyununu” işıqlandırmaqla məşğul olurlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Anar Şahmurad səsləndirib. O bildirib ki, bu işdə Amerikada yaşayan Sevinc Osmanqızı xüsusilə fərqlənir:
"Davamlı olaraq erməni təbliğatı aparan, maddiyyat qarşılığında vicdan hissini itirmiş olan bu qadın Qarabağdakı separatçıların ruporluğunu etməkdən belə çəkinmir. Yutub kanalında canlıya qoşduğu Əli Kərimli, Arif Yunus və sair erməni lobbisinin tezisi əsasında anti-milli ünsürlərlə birlikdə separatçıların “seçki oyununu” müzakirə mövzusuna çevirir və “həqiqi seçkilər”, “normal seçki” kimi ifadələrdən istifadə edirlər".
Anar Şahmurad deyib ki, adı çəkilənlərdən Arif Yunusun ailəlikcə erməni lobbisinin nökərləri, Əli Kərimlinin isə Paşinyan sevdalı olması çoxlarına məlumdur:
"Sevinc Osmanqızı da eyni ilə bunlardan geri qalmır. Qarabağdakı separatçıların “seçki oyununu” gündəmdə saxlamaq cəhdləri isə bir daha təsdiq edir ki, bu ünsürlər həqiqətən də erməni lobbisinin əlində alətə çevriliblər.
Sevinc Osmanqizi isə ilk növbədə atasının ruhuna hörmətsizlik edir. Axı onun atası Osman Mirzəyevin qatili məhz ermənilərdir. Bu gün Sevincin təbliğatını apardığı ermənilər! Yoxsa, pul atadan da şirin olub?".
Anar Əliyev