Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbul hava limanını ildırım vurdu

İstanbul hava limanını ildırım vurdu


İstanbul Hava Limanında təyyarə dayanacaqlarının yerləşdiyi əraziyə ildırım düşüb. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə nəticəsində hava limanının işçilərindən iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər təcili xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş təbiət hadisəsi səbəbindən hava limanında uçuş əməliyyatları qısa müddətə dayanıb və İstanbul Hava Limanına enən təyyarələr havada bir neçə dəfə dövrə vurmalı olub.

Yağışın intensivliyinin azalması ilə təyyarələrin hərəkəti normallaşıb. Buna baxmayaraq bir sıra daxili və beynəlxalq uçuşlarda gecikmələr yaranıb.

Mehman Mehdiyev
Xəbəri paylaş