Türkiyənin İstanbul şəhərinə yağan güclü leysan yağışlar daşqınlara səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, daşqınlar daha çox İstanbulun Arnavutköy və Başakşehir rayonlarına ciddi ziyan vurub. Belə ki, yağan güclü yağış səbəbindən yollarda gölməçələr yaranıb, sürücülər avtomobili idarə etməkdə çətinlik çəkib. Arnavutköydə bir çox ev və iş yerinin su basması xəbəri üzərinə bölgəyə çoxlu sayda yanğınsöndürən göndərilib.
İstanbul Valiliyi Başakşehir və Küçükçekmece rayonlarında yağan leysandan sonra sel sularında 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Mehman Mehdiyev