Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Latviya Rusiya ilə sərhədləri minalamaq niyyətindədir

Latviya Rusiya ilə sərhədləri minalamaq niyyətindədir


Latviyanın müdafiə naziri İnara Murniyetse ölkənin şərq sərhədinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilən yenilənmiş milli müdafiə konsepsiyasını təqdim edib. Söhbət tank əleyhinə minalardan və digər mühəndis həllərindən gedir.

Newscenter.az xəbər verir ki, bu barədə Delfi portalı yazıb.

Konsepsiyaya əsasən, Latviya sərhədinin möhkəmləndirilməsi düşmənin potensial təhlükələrinə əsaslanan fiziki və texnoloji həllərdən istifadə etməklə baş tutmalıdır.

Murniyetse bildirib ki, sərhəd hərbi cəhətdən gücləndirilməlidir, ona görə də konkret ərazidə hərəkətliliyi məhdudlaşdırmaq üçün hansı tədbirlərin uyğun olacağını təhlil etmək lazımdır.

O, sərhəd infrastrukturunun yaradılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətində olduğunu, lakin onun idarəsinin də sərhədin möhkəmləndirilməsi prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi ilə bağlı ideyalarının olduğunu vurğulayıb:

“Mənim baxışım və siyasi mövqeyim ondan ibarətdir ki, sərhədin qaydaya salınması bu ilin sonuna qədər başa çatdırılmalıdır. Eyni zamanda, bütün Baltikyanı regionda hərəkətliliyə qarşı tədbirlər həyata keçirilməlidir.(report)
Xəbəri paylaş