Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş ətrafında müzakirələr davam etməkdədir. Liderlərin görüşündə xüsusilə Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində nümayiş etdirilən təşəbbüslər ətrafında fikir mübadiləsinin aparıldığı barədə iddialar səslənir. Hələlik isə sözügedən məsələ nə Ankara, nə də Moskva tərəfindən təsdiqini tapmayıb.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən siyasi ekspert Çingiz Şahbazi deyib ki,
Putin-Ərdoğan görüşündə Qarabağ məsələsi prezident Ərdoğan tərəfindən masaya qoyulub. Onun sözlərinə görə, sadəcə olaraq Putin bu məsələyə lazımi səviyyədə maraq göstərmədiyi üçün, Ərdoğan konkret olaraq Azərbaycanın maraqlarına uyğun olmayan hər hansı bir addım olduğu halda, "Türkiyən istər siyasi, istər hərbi sahədə Azərbaycanın yanında olacaqdır", deməyi unutmayıb:
"Azərbaycan və Ermənistan arasında şərti sərhəd boyunca gərginlik məhz bu səbəbdən qaynaqlanır və bunun da məhz indiki dönəmdə Rusiya üçün, geosiyasi maraqları baxımdan çox böyük faydası olduğunu düşünürəm".
Anar Əliyev