Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqaza səfər edəcəyi bildirilir. Məlumata görə, səfər zamanı Fransa prezidenti Azərbaycan və Ermənistanda olacaq. Bəs, Makronun regiona səfəri nə ilə yadda qala bilər?
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransa prezidenti E. Makronun Ermənistan və Azərbaycana səfəri regionda siyasi-hərbi böhran fonunda reallaşır. Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesindən uzaqlaşması, məhz Parisin birbaşa təlimatı ilə siyasi-hərbi təxribatlara atması situasiyanı gərginləşdirib:
"E. Makronun Azərbaycana səfəri ilk dəfə reallaşacaq. Onun bu səfərdə məqsədi Ermənistanı müdafiə və xilas etmək, Laçın yolunun açılmasını nail olmaqdır. Ümumiyyətlə, E. Makron Azərbaycana Ermənistanın vəkili kimi gəlir. Bu səfərdən müsbət nəticə gözlənilmir".
Politoloq deyib ki, E. Makronun Azərbaycana qarşı siyasəri birmənalı deyil:
"Fransa regionda güclənməyə çalışır. Azərbaycanin şərtlərini qəbul edib, Ermənistanı danışıqlardan yayındırmasa, regionda mövqeyini qoruya bilər. Amma, əksinə olacaqsa, Bakıdan əliboş qayıdacaq. Fransa ilə iqtisadi əlaqələrə gəldikdə isə, bu əlaqələr davam edəcək.
Ümumiyyətlə, Fransanın Cənubi Qafqazdan Türkiyə qarşı siyasəti və bunu Ermənistan üzərindən etməsi perspektivdə mümkün deyil".
Anar Əliyev