"Fransa Prezidenti Emmanuel Makron çox güman ki, gələn həftə sonu Ermənistan və Azərbaycana səfər edəcək".
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Alpha News” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər sentyabrın 9-10-na planlaşdırılıb: “İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”.
E.Makronun Ermənistana mümkün səfəri ilə bağlı iki gündür ki, xəbərlər yayılır. Lakin səfər rəsmi olaraq təsdiqlənməyib.