Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Dövlət Universitetində təhsillə bağlı dövlət sənədlərinin uçotunda nöqsanlar aşkarlanıb

Naxçıvan Dövlət Universitetində təhsillə bağlı dövlət sənədlərinin uçotunda nöqsanlar aşkarlanıb


Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində audit aparılıb.

Newscenter.az Palataya istinadən bildirir ki, auditin nəticələrinə əsasən təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb.

Belə ki, Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

Bundan başqa, auditlə əhatə edilən illərdə Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verildiyi müəyyən olunub.

Anar TAGİYEV
Xəbəri paylaş