Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Survivor All Star 2024-ün ilk iştirakçısı məlum olub

Survivor All Star 2024-ün ilk iştirakçısı məlum olub


Müxtəlif televiziya proqramlarının yaradıcısı, ünlü iş adamı Acun Ilıcalı Survivor All Star 2024-ün ilk iştirakçısının məlum olduğunu bildirib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, İlicalı bu şəxsin Nihat Altınkaya olduğunu açıqlayıb.

Nihat Altınkayanın şəklini İnstaqram hesabında yayımlayan Acun Ilıcalı "Survivor All Star 2024-ün ilk iştirakçısı Nihat Altınkayadır. O, çempiondur. 2012-ci ildə Survivor qazanan Nihata All Starda uğurlar arzulayıram" deyib.

Qeyd edək ki, 28 sentyabr 1979-cu ildə Karabükdə anadan olan Nihat Altınkaya əslən Rizədəndir. İbtidai, orta və lisey təhsilini Karabükdə başa vuran Altınkaya, Karabük Dəmir Çelik Liseyi Voleybol komandası və Emlak Bankası İdman Klubunda voleybolla məşğul olub.

Nihat Altınkaya bir çox filmlərdə rol aləb.

Sona
Xəbəri paylaş