"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, bu məqsədlə 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması planlaşdırılıb.
Bununla yanaşı, infrastrukturun modernləşdirilməsi və reyslərin bərpası istiqamətində müvafiq işlər aparılır. Sadalanan işlər yekunlaşdıqdan sonra digər istiqamətlərdə də sərnişindaşımanın fəaliyyətinin bərpa edilməsi mümkün olacaq.
R.Mehdiyeva