"Dövlətimizin mənafeyini üstün tutan hər bir vətəndaş vətənpərvərlik hissini heç bir zaman unutmamalıdır. Buna görə də biz vətənpərvərlik təbliğatını aparmalı və Vətənə qarşı olan vəzifələrimizi daim xatırlamalıyıq”.
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Yəhya Mürsəlov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevdə bu siyasətin formalaşdırılmasında mühüm addımlar atmış, gənclərin vətənpərvərlik ruhunda böyüməsi ilə bağlı gedən prosesləri yüksək qiymətləndirmişdir və ölkəmizin firavanlığının, müstəqilliyinin milli ruh, ənənə çərçivəsində formalaşan gənclərdən asılı olacağını qeyd etmişdir.:
Yəhya Mürsəlov deyib ki, baxımdan gənclərin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyyə edilməsində valideynlərin, müəllimlərin ümumilikdə cəmiyyətin rolu mühümdür.
Anar Əliyev