Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Azərbaycana antiterror əməliyyatlarından başqa seçim vermir

Ermənistan Azərbaycana antiterror əməliyyatlarından başqa seçim vermir


Ermənistan Azərbaycana antiterror əməliyyatlarından başqa seçim vermir

“Son vaxtlar şərti sərhəd boyunca artan erməni təxribatları, atəşkəs rejiminin tez-tez pozulması, Qarabağdakı separatçı ünsürlərin İrəvan tərəfindən silahlandırılması Azərbaycanı növbəti antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qoyur. Bir sözlə təxribat xarakterli hərəkətlərə rəvac yaratmaqla Ermənistan Azərbaycana antiterror əməliyyatlarından başqa seçim vermir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatı həyata keçirməsi artıq zərurətə çevrilib:

“İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanata əsasən Ermənistan Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin fəaliyyətinə son qoymalı, onları Qarabağdan çıxarmalı idi. Lakin təəssüflər olsun ki, ötən 3 ilə yaxın müddətdə Ermənistan sözügedən bəyanatda əksini tapan digər maddələr kimi qeyri-qanuni hərbi birləşmələrin ləğvi istiqamətində də addım atmayıb. Əksinə fürsət yarandıqca onların silahlanması istiqamətində çalışıb. Bu günün özündə də Ermənistan Qarabağdakı qeyri-qanuni hərbi birləşmələri silahandırmaq məşğuldur. Buna görə də Azərbaycan tərəfi vaxt itirmədən antiterror əməliyyatına başlayıb ərazi bütövlüyünü tam mənada təmin etməlidir”.

Anar Əliyev
Xəbəri paylaş