Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın təxribatları davam edərsə biz yenidən güc yolu ilə cavab verməli olacağıq

Ermənistanın təxribatları davam edərsə biz yenidən güc yolu ilə cavab verməli olacağıq


Sentyabrın 7-si saat 10:05-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Xatırladaq ki, sentyabrın 7-si saat 07:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Eyni təxribat cəhdləri əvvəlki günlərdə Laçında və Xocavənddə də qeydə alınıb.

Newscenter.az xəbər verir ki, bununla bağlı danışan Milli Məclisin deputatı İqbal Məmmədov bildirib ki, Ermənistanın son təxribatları bir daha onun terrorçu dövlət olduğunu sübut etdi:

"3 ilə yaxındır ki, nə Ermənistan, nə də Rusiya sülhməramlıları üçtərəfli bəyanatla üzərlərinə götürdüyü öhdəliyi icra etmir. Hazırda Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır. Xəbər saytlarında və sosial şəbəkələrdə yayılan görüntülərdə açıq-aşkar görünür ki, terrorçuların Qarabağda rahat hərəkət etməsinə və silahlanmasına şərait yaradılır. Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarmaq əvəzinə onların Qarabağda rahat hərəkət etməsinə kömək edirlər. Bu gün separatçıların Azərbaycana qarşı təxribatlarında Rusiya sülhməramlıları da böyük rol oynayır ".

Deputat vurğulayıb ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməklə sülh prosesini ləngitməyə çalışır:

"Təxribatlar davam edərsə, Azərbaycan Qarabağda yenidən antiterror əməliyyatlarına başlaya bilər. Əslində son günlər törətdilən təxribatlar onu deməyə əsas verir ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasından boyun qaçırmağa çalışır. Ermənistan heç vaxt verdiyi sözü və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu dəfə də danışıqlar prosesini pozan tərəf Ermənistandır. Təxribatlar davam edərsə Azərbaycan Ordusunun növbəti dəfə anti-terror əməliyyatı keçirməsi qaçılmaz olacaq. Biz 3 il ərzində sülh üçün çalışsaq da, Ermənistan və onun havadarları tərəfindən sülh prosesinə süni əngəllər yaradılır. Biz təxribatlara və qanunsuz silah daşınmasına göz yuma bilmərik. 3 il ərzində sülh üçün çalışsaq da, Ermənistan öz məkirli və barbar əməllərindən əl çəkmək istəmir. Ermənistanın təxribatları davam edərsə, biz yenidən güc yolu ilə cavab verməli olacağıq".(sonxeber.az)
Xəbəri paylaş