"Müharibədən sonra keçən müddət ərzində fransız silah istehsalçıları düşmən ordunu radioelektron mübarizə sistemləri, kamikadze dronlar və onların səyyar idarə etmə məntəqələri, kiçik radiuslu HHM sistemləri ilə təchiz edib. Bu isə ermilərdə revanşist meyllərin artmasına şərait yaradır".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Paris Ermənistan ordusunun "Haykakan Banak" modernləşdirilməsi istiqamətində də fəal rol oyanıyır:
"Fransadan Ermənistana göstərilən dəstəyin ardında dayanan əsas niyyət Azərbaycana təzyiq mexanizmləri qazanmaq istəyindən irəli gəlir. Digər tərəfdən 2024-cü il Fransada keçiriləcək prezident seçkiləri öncəsi hakimiyyətə iddialı olan istənilən siyasi fiqur erməni lobbisinin dəstəyini qazanmaqa çalışır və onlara xoş görünmək naminə Azərbaycanla Türkiyə əlehinə kompaniyaya başlayır".
Anar Əliyev