Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, güclü külək əsəcək, daşqın və sel olacaq - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Sentyabrın 10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 mn /s, səhər və gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Sona
Xəbəri paylaş