Gürcüstanın Marneuli rayonunda təxribat törədilir.
Newscenter.az-ın xəbərinə görə, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, Marneuli bələdiyyəsinin bəzi kəndlərində naməlum təxribatçı qrup gecələr kəndlərə daxil olub evləri daşa basır, qəfil də qeyb olurlar:
"Olunan müraciətlərə baxmayaraq hüquq mühafizə orqanlarının hərəkətsizliyi müsahidə olunmaqdadır. Soydaş olaraq baş verənlərlə bağlı narahatçilığımızı ifadə edir, müvafiq qurumları təxribatçıların üzə çıxarılması üçün səylərini artirmağa dəvət edirik"..
Anar Əliyev