"2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan üzərində parlaq qələbə qazanması artıq Minsk üçlüyünün fəaliyyətini əhəmiyyətsiz etdiyindən onlardan imtina olundu. Bundan sonra isə Paris əsl simasını nümayiş etdirməyə başladı. Ard-arda gələn bəyanatlar və bu ölkənin senatında çıxan qətnamələrlə İrəvana göstərilən dəstək bu gün də davam etməkdədir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Fransa Afrika qitəsində çox ciddi nüfuz itirməsi mərhələsini yaşayır və bu proses mütəşəkkil xarakter daşımaqla fransızların qara qitədə hakimiyyətini sonlandırmağa doğru istiqamət alır:
"Təbii ki, məlum proseslərin ardında Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi dövlətlərin dayanması Parisin işini daha da çətinləşdirir. Bu fonda Cənubi Qafqaz regionunun, Xəzər hövzəsi, daha ötə Orta Asiyanın yeraltı zənginlikləri və iqtisadi potensialı, bölgənin nəqliyyat logistika imkanları Makron admistratsiyası üçün cəlbedici görsəndiyindən Ermənistan üzərindən regiona yerləşməklə bu zənginliklərdən faydalanmağa çalışılır".
Mehman Mehdiyev