Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənpərvərliyin təbliğində medianın rolu çox böyükdür

Vətənpərvərliyin təbliğində medianın rolu çox böyükdür


"Vətənpərvərliyin təbliğində medianın rolu çox böyükdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən ictimai fəal Yəhya Mürsəlov deyib ki, kütləvi informasiya vasitələri cəmiyyətin geniş təbəqəsini əhatə etməklə vətənpərvərlik hisslərinin formalaşmasında, gücləndirilməsində böyük təsirə malik güclü ünsiyyət vasitəsidir:

"Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyini, gücünü bir daha göstərmişdir. Bu birlik özünü dövlətimizdə yaşayan vətəndaşlarımızın sosial, etnik, dini mənsubiyyətindən asılı olmayaraq istər ön istərsə də arxa cəbhədə düşmənə qarşı qorxmazcasına, cəsarətli mübarizəsində göstərmişdir. Məhz bu dövrdə həm dövlətimizdə həm də dünyanın əksər dövlətində yaşayan azərbaycanlılar erməni lobbiçilərinin təşkil etdikləri çirkin kampaniyalara əzmkarlıqla qarşı çıxmışdır".

Anar Əliyev
Xəbəri paylaş