"Ölkəmizin strateji-coğrafi baxımdan böyük əhəmiyyətə malik Yevlax rayonununda da adıçəkilən dövlət proqramı uğurla icra olunur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yevlaxdan olan gənc fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, 2019-2023-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına əsasən Yevlax şəhərinin 12 prospekt və küçə meydanlarda işıqlandırma sistemi yenidən qurulmuşdur:
"Prospekt, küçə, meydan və parklarda 209 ədəd yeni, müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Şəhərdə 4 nömrəli 105 yerlik iki mərtəbəli, 6 nömrəli 105 yerlik iki mərtəbəli, 8 saylı 60 yerlik körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təmin edilmişdir. Xaldan-Zaqatala avtomobil yolunun (M-5) 3-km-dən ayrılan uzunluğu 8.1 km Xaldan-Ərəş-Meyvəli, kəndlərarası uzunluğu 4.3 km olan Qaroğlan və uzunluğu 5.8 km olan Tanrıqulular giriş və kənd daxili avtomobil yolları əsaslı təmir olunaraq asfaltlanmışdır. Şəhərdaxili bir çox küçələrə də asfalt örtüyü salınmışdır. Eyni zamanda İlqar Dəmirov küçəsində yerləşən 3 ədəd iki mərtəbəli 16 mənzilli yaşayış binalarının həyətlərində 2440 kv.m, Q.Quliyev küçəsində yerləşən 7 ədəd beş mərtəbəli binaların həyətlərində 5792 kv.m asfalt örtüyü döşənmişdir. Ümumiyyətlə 2020-2022-ci illərdə qeyd olunana şəhərdaxili yollara və məhəllələrə 90.4 min kv.m (11.2 km) asfalt örtüyü salınmışdır".
Anar Əliyev