Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusunun gücü imkan verir ki, istənilən təxribatın qarşısını qısa vaxt ərzində alsın

Azərbaycan Ordusunun gücü imkan verir ki, istənilən təxribatın qarşısını qısa vaxt ərzində alsın


"Hərbi əməliyaytların genişmiqyaslı və ya lokal xarakterli olacağını proqnozlaşdırmaq çətindir. Çünki istənilən kiçikmiqyaslı əməliyyatlar belə böyük müharibələrə gətirib çıxara bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Ermənistanın Azərbaycana qarşı mümkün müharibə ehtimalından danışarkən səsləndirib. Onun sözlərinə görə, bütün halda Azərbaycan Ordusunun gücü və qüdrəti imkan verir ki, istənilən təxribatın qarşısını qısa vaxt ərzində alsın:

"Ermənistanın və onların havadarlarının hansı planlar qurmasında asılı olmayaraq biz slüh prossesində qətiyyətli olduğumuz qədər, separatçı rejimin tör-töküntülərinin ərazilərimizdən tez bir zamanda çıxarılmasında da maraqlıyıq. Odur ki, Ermənistanın bu cür mövqe sərgiləməsi ən çox elə onların özlərinə ziyandır. Çünki bu cür münasibət cəbhədə yeni hərbi əməliyyatlarla nəticələnə bilər".
Xəbəri paylaş