Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Newscenter.az-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, buna səbəb son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işlərinin aparılmasıdır.
Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Sona