Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak etmək məqsədilə Hindistana yola düşüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıb.
R.T.Ərdoğan həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təkbətək görüşlər keçirəcək.
Xatırladaq ki, sabah Hindistanın paytaxtı Yeni Dehlidə G20-nin “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayacaq.
Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi. Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.