Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır.
Newscenter.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Ermənistanın hərbi texnikasının aktiv hərəkəti əks olunur. Hərbi birləşmələrin yerdəyişməsi Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşdığını sübut edir.
Qeyd edək ki, artıq neçə gündür Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə ordumuzun mövqelərinin atəşə tutulduğunu bildirir.
Anar TAGIYEV