44 günlük savaşdan yetəri qədər dərs çıxarmayan Ermənistan ordusu Dəmir Yumruğu yenə görmək istəyir.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən ictimai fəal Ramil Mehdilinin sözlərinə görə, Cənubi Qafqaz regionu bir çox böyük dövlətlərin maraq dairəsində olduğundan düşmənimiz təkcə Ermənistan deyil:
"Bu həssas dönəmdə Vətənimizin müdafiəsi və dövlətimizin təhlükəsizliyi üçün həm hərbi qulluqçularımızın, həm də ehtiyyatda olan zabitlərimizin iştirakı ilə silsilə hərbi təlimlər keçirilir. İstər təlim, istərsə də müdafiə tədbirlərimiz üçün müxtəlif poliqonlara aparılan texnikaları, hərbi maşınları çəkərək paylaşmayaq!. Bizim çəkdiyimiz bir video, bir paylaşım bir ananı övladsız, övladı atasız, ailəni isə başsız qoya bilər. İstənilən halda Hərbi sirri yaymaq cinayətdir. Hərbi cinayət isə Vətənə Xəyanətdir".
Mehman Mehdiyev