Azərbaycan Standartlaşma İnstitutunun nümayəndəsi Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən 5-6 sentyabr tarixlərində İstanbul şəhərində “Halal sertifikatlaşdırma fəaliyyətlərinin çoxtərəfli/qarşılıqlı tanınması üzrə seminar” keçirilib.
Newscenter.az xəbər verir ki, seminarda HAK-ın fəaliyyətləri, halal sertifikatlaşdırmada ümumi standartların zəruriliyi və əhəmiyyəti, İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) bu sahədə gördüyü işlər, halal sertifikatların ölkələr arasında çoxtərəfli tanınması istiqamətində SMIIC Akkreditasiya Şurası tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib.
Eyni zamanda, Halal Akkreditasiya Orqanları üçün OIC/SMIIC 3:2019 standartı və Halal sertifikatların çoxtərəfli tanınması prosesində mühüm rol oynayacaq Halal Akkreditasiya Orqanlarının İslam Forumu (IFHAB) barədə fikir mübadiləsi aparılıb.
Seminarda Azərbaycanla yanaşı, Qazaxıstan, Nigeriya, Səudiyyə Ərəbistanı və İordaniyadan olan akkreditasiya və standartlaşdırma qurumlarının nümayəndələri, həmçinin SMIIC və COMCEC (İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi) rəsmiləri iştirak ediblər.
Natiq Orucov