Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanın Ermənistanı dəstəkləməsinin arxasında dayanan başlıca maraq-Zod qızıl yatağı

Hindistanın Ermənistanı dəstəkləməsinin arxasında dayanan başlıca maraq-Zod qızıl yatağı


“Hindistanın Ermənistana dəstək verməsi iqtisadi amillərlə bağlıdır. Məsələnin əsl mahiyyətini Ermənistanın Hindistana ixrac etdiyi qiymətli metallar, qızıl ixracındada axtarmaq lazımdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, 2020-ci ildə iki ölkə arasındakı 148 milyon dollarlıq ixracın 147 milyon dolları məhz qızıl ixracının payına düşmüşdür:

"Ermənistan bu qiymətli metalları böyük ölçüdə Kəlbəcərdə yerləşən Zod qızıl yatağından əldə edirdi. Lakin günümüz reallıqlarında bu mümkün olmadığından Hindistan ucuz xammal idxalından məhrum edilib və bu səbəbdən də ölkəmizə qarşı aqresiyya nümayiş etdirilir. Ancaq Azərbaycan türk dünyasının bir parçası olduğundan Yeni Dehlinin məlum siyasi ritorikası onların zamanla türk dünyası ilə əlaqələrinədə təsirsiz ötüşməyəcək”.

Anar Əliyev
Xəbəri paylaş