“Fransa başda olmaqla bəzi Qərb dövlətlərinin, erməni lobbisinin təhriki, Rusiyanın ikibaşlı, məkirli oyunları ilə, son zamanlar diplomatik yolla əldə edilmiş sülh razılaşmalarından yayınan, onu heçə endirən, 44 günlük müharibədən lazımı dərsini almayan Ermənistan, revanş əldə etmək xülyasına düşüb”.
Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Teyyub Əliyev deyib ki, İrəvan sülh əvəzinə yeni müharibə variantını seçib:
“Türk düşmənlərinin yağlı vədlərinə uyan bu vassal, oyuncaq, əzəli və əbədi Azərbaycan torpaqlarında qondarılmış “dövlət” elə hesab edir ki, yeni müharibə, heç olmasa şərti sərhədlərdə genişmiqyaslı təxribatlar törətməklə, öz istəyinə nail ola, Qarabağ iqtisadi regionunda erməni seperatçılarına hansısa status qazandıra bilər”.
Politoloq deyib ki, Ermənistan və onun havadarları regionumuzda yaranmış reallıqları, Azərbaycanın hərbi gücünü, dünyada getdikcə artan nüfuzunu görməzdən gəlirlər:
“Prezident İlham Əliyevin yeni müharibənin ermənilər üçün harada bitəcəyi haqda dəfələrlə etdyi xəbərdarlıqları qulaq ardına vururlar. Hər şeydən göründüyü kimi, erməniləri sözlə başa salmaq mümkün deyil. Yəqin son olaraq onları başa salmaq üçün İrəvanı işğaldan azad etmək lazımdır! Gözləyin, gələcəyik”.
Anar TAGIYEV