Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İŞİD və "Əl-Qaidə" Malidə qətliam həyata keçirdi

İŞİD və "Əl-Qaidə" Malidə qətliam həyata keçirdi


"Əl-Qaidə" və İŞİD terror təşkilatlarına bağlı olan yaraqlılar Malidə qətliam həyata keçiriblər.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə ölkənin şimal-şərqində qeydə alınıb. Belə ki, çayda hərəkət edən qayığa hücum edən silahlılar 49 mülki vətəndaşı qətlə yetiriblər.

Həmçinin, terror təşkilatının təmsilçiləri Malinin ordu düşərgəsinə də hücum təşkil edib. Qarşıdurma zamanı 15 əsgərin və 50-yə yaxın yaraqlının öldüyü bildirilir. Baş vermiş hadisə ilə bağlı hökumət üç günlük milli matəm elan edib.

Qeyd edək ki, "Əl-Qaidə" və İŞİD-ə bağlı qrup 2012-ci ildə Malinin şimalında kök salıb. Şəriət əsaslı bir dövlət qurmaq istəyən qruplar Qərbi Afrikanın sahilyanı ölkələrinə qədər yayılmağa başlayıblar.

Mehman Mehdiyev
Xəbəri paylaş