Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir


Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır.

Artıq yolun 15.8-ci km-lik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş