Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə Newscenter.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb", - nazirlikdən əlavə edilib.
Mehman Mehdiyev