“Fransanın Cənubi Qafqazda cərəyan edən proseslərə qoşulma cəhdləri təsadüfi deyil. Qərbin sülh danışıqları prosesini yenidən və yaxud növbədənkənar davam etdirməsi ehtimalı yaranarsa, Paris ona mane olmağa səy göstərəcək və lazım olduqda Qərb ölkəsi kimi proseslərə mudaxilə etməyə cəhdlər edəcək”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Fransanın atdığı və atacağı addımlar Rusiyanın nəzarətinə aiddir və aralarında mütləq şəkildə razılaşmanın olduğu ehtimalları böyükdür:
“Rusiya böyük ehtimalla Fransanı Azərbaycana qarşı müharibənin içinə soxmağa çalışır”.
Anar Əliyev