Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçıların seçki oyununa qədər Xankəndinə nəzarəti təmin etməliyik

Separatçıların seçki oyununa qədər Xankəndinə nəzarəti təmin etməliyik


Separatçıların lideri Arayik Arutunyanın istefasından sonra Qarabağdakı qondarma rejimin yenidən “seçki” keçirib özünə “lider” seçəcəyi bildirilir. Yayılan xəbərlərə görə, artıq qondarma rejimdə seçki şousuna start verilib. Hələlik isə “seçkilərin” hansı tarixdə keçiriləcəyi barədə açıqlama verilmir.

“Milli İnkişaf” ictimai birliyininn sədri Arzuman Muradlı Newscenter.az-a bildirib ki, separatçıların bu dəfəki “seçki” oyununu yerindəcə məhv etmək lazımdır. İctimia birlik sədri hesab edir ki, separatçıların seçki oyununa qədər Xankəndinə nəzarəti ələ keçirməliyik:

“İndi gözləmək zamanı deyil. Heç bir halda imkan vermək olmaz ki, bu dəfə də qondarma seçki keçirib özlərinə “lider” seçsinlər. Ən qısa müddətdə Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatı keçirib Xankəndinə nəzarəti götürməli və qədim türk yurdunda üçrəngli bayrağımız dalğalanmalıdır”.

Arzuman Muradlı bildirib ki, separatçılara zaman tanısaq və onlar qondarma seçki keçirsələr beynəlxalq aləmdə proseslər bizim ziyanımıza işləyəcək:

“Onsuz da Qərb, Avropa indiki halda qərəzli, ədalətsiz davranaraq bizə qarşı təzyiq göstərirlər. Əgər qondarma seçkinin keçirilməsi baş tutarsa, həmin erməni maraqlarına xidmət edən dövlətlər separatçı rejimi tanımaq kimi alçaqlıqlara belə gedərlər. Ona görə də vaxt itirmədən Xankəndinə nəzarəti təmin etməliyik”.

Anar Əliyev
Xəbəri paylaş