Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sifarişi fransadan gəlmiş üçüncü geniş miqyaslı təxribat

Sifarişi fransadan gəlmiş üçüncü geniş miqyaslı təxribat


"Ermənistanın sərhəd boyu hərəkətliliyi “Xankəndi blokadası” , “erməni soyqırımı” kampaniyası kimi informasiya təxribatlarının mahiyyətini açıq ortaya qoyur".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Yeganə Hacıyeva deyib ki, bu 10 ay ərzində paralel diplomatik təxribatlar davam edib və etməkdədir:

"44 günlük Vətən müharibəsinin il dönümü ərəfəsi geniş miqyaslı hərbi təxribatlara hazırlaşırlar.
Erməni mediası Fransadakı erməni lobbisinə istinadən tezliklə ermənistana “fransız sülhməramlı” yollayacağı haqqında informasiyaları tirajlayır. Bu, 3 tərəfli razılaşmanın imzalanmasından sonra sifarişi fransadan gəlmiş üçüncü geniş miqyaslı təxribat olacaq".

Politoloq deyib ki, 30 ildən sonra Qafqazda aydınlanmış suları bulandırmaq istəyən dairələr səfərbər olunub.

Anar Əliyev
Xəbəri paylaş