“Haikui” tayfunu Honq-Konqda son 140 ilin ən güclü yağışına səbəb olub.
Newscenter.az "Haber Global-a istinadən bildirir ki, təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 110 nəfər yaralanıb. 1952-ci ildən bəri ən güclü yağış və təbiət hadisəsi kimi tarixə düşən olay ilk olaraq Çinin Şençjen şəhərində qeydə alınıb.
Qasırğa Çinin şərqindəki Futszyan əyalətinin sahillərinə də çatıb. Ştatda 116 nəfər təbii fəlakətdən zərər çəkib, 260 min nəfər evindən didərgin düşüb.
Natiq Orucov