Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndində Azərbaycanın nəzarətini təmin etmək mütləqdir

Xankəndində Azərbaycanın nəzarətini təmin etmək mütləqdir


"Ermənistana növbəti dəfə sarsıdıcı zərbə vurmaq və Xankəndində Azərbaycanın nəzarətini təmin etmək mütləqdir. Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan yalnız gücdən istifadə edərək, milli maraqlarıni tam təmin edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bu, milli məsələdi və açıq şəkildə prezident İlham Əliyev yüksək səviyyədə Ermənistana sülh sazişi üçün təkliflər verdi:

"Bakı Brüssel və Vaşinqton prosesinə sadiq qaldı. Kifayət qədər prezident İlham Əliyev sülh siyasətini strateji müstəvidə həyata keçirdi. Amma, N. Paşinyan bundan istifadə edərək, yeni silahlar almaqla Azərbaycana qarşı revanşa hazırlaşdi. Qarabağı Azərbaycandan almaq siyasətini ortaya qoyub".

Mehman Mehdiyev
Xəbəri paylaş