Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmiryol keçidini keçməyə cəhd edən traktoru qatar vurub

Dəmiryol keçidini keçməyə cəhd edən traktoru qatar vurub


Bu gün saat 12:30 radələrində ADY-yə məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, toqquşma nəticəsində ağır xəsarət almış traktorun sürücüsü təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş