Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Füzuli istiqamətində erməni təxribatının qarşısı alınıb

Füzuli istiqamətində erməni təxribatının qarşısı alınıb


Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni yaraqlılarının Füzuli istiqamətində təxribatının qarşısı alınıb.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb", - müdafiə qurumu qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş