Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran fəal şəkildə Ermənistanı silahlandırır

İran fəal şəkildə Ermənistanı silahlandırır


“İran fəal şəkildə Ermənistanı silahlandırmağa davam edir. Son baş verən proseslər fonunda cənub qonşumuzdan mütəmadi olaraq Ermənistan ərazisinə artilleriya mərmiləri, zirehli texnikaların daşınması müşahidə olunur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, molla rejiminin siyasi mövqeyini şərh etməyə bir o qədər də ehtiyac yoxdur:

“Çünki bu dövlət 44 günlük Vətən Müharibəsindən sonra ölkəmizə qarşı özünün düşmən simasını yetərincə nümayiş etdirib və etdirməkdədir. Hazırda da bu istiqamətdə Tehran-Dehli işbirliyinin şahidi oluruq və İran özüylə bərabər Hindistandan Ermənistana daşınan hərbi yüklərin maneəsiz hərəkətini təmin edir”.

AVP rəsmisi onu da deyib ki, düşmən ölkəyə olunan yardımların qüvvələr balansına hər hansı bir ciddi təsiri yoxdur:

“Müharibədən sonrakı Azərbaycan ordusu müharibə dövründəki ordudan dəfələrlə güclü və peşəkardır. Həmçinin qardaş Türkiyə və İsraillə imzalanan hərbi kontraktlar bu gücün bir parçasıdır. Silahlı qüvvələrimizin imkanları qarşısında Ermənistanın var olmağa çalışan ordusunun tab gətirəcəyi inandırıcı deyil”.

Anar Əliyev
Xəbəri paylaş