"Ermənistanın baş naziri Nikol Pasinyanın Rusiyaya qarşı çıxması və üzünü Qərbə çevirməsi və bütün bunları bu qədər tez bir zamanda həyata kecirməsi, özü-özlüyündə on illərdir ağuşunda oturduğu Rusiyada da böyük təəccüb doğurub".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Çingiz Şahbazi deyib ki, əslində Paşinyanın bu "uzaqgörən" siyasəti Ermənistanı ciddi təhlükələrlə üz-üzə qoya bilər:
"Pasinyan çox təhlükəli oyun oynayır və bu oyunları ən yaxın müttəfiqi olan Rusiyada diqqətlə izləyirlər".
Çingiz Şahbazi deyib ki, artıq, Pasinyan ard-arda bir neçə addım atıb və Rusiya buna xəbərdarlıq etdi:
"Ermənistanın bundan sonrakı addımları böyük maraq doğurur".
Anar Əliyev