Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Valideyn-məktəb əməkdaşlığı müzakirə edilib-FOTOLAR

Valideyn-məktəb əməkdaşlığı müzakirə edilib-FOTOLAR


Bakı şəhəri, 53 saylı tam orta məktəbdə 2023-2024-cü tədris ilində V sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, görüşdə geniş məruzə ilə çıxış edən məktəbin direktoru Tünzalə Zeynalova ilk olaraq V siniflərin sinif rəhbərləri ilə valideynləri tanış edib.

Daha sonra ibtidai təhsil pilləsini bitirib ümumi orta təhsil pilləsinə keçən şagirdlərin adaptasiyası prosesindən, şagird davranış qaydalarından, məktəbli formalarının tətbiq olunmasından, şagird təhlükəsizliyindən, valideyn-məktəb əməkdaşlığından və məktəbin qarşısında duran fəaliyyət istiqamətlərindən danışıb.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.



Anar Əliyev
Xəbəri paylaş