Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Britaniya və Pakistan Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib

Britaniya və Pakistan Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib


Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib.

Newscenter.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.

XXX

Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır".

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib.

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.

Anar Tağıyev
Xəbəri paylaş