"Ermənistanın Qarabağda atdığı addımlar düzgün deyil".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Sabah Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan-red) danışıqlar aparacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçimin qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir", - Ərdoğan bildirib.