"Niderland Krallığında Fuad Muradovun Koordinasiya oyunları davam edir. Əldə etdiyim məlumatlara görə, Niderlandda qurulan Koordinasiya Şurasında sular durulmur və ciddi problemlər var. Hər yerdə olduğu kimi burda da Koordinasiya Şurasının özünün koordinasiyasına ehtiyac var. Fuad Muradov hansı ölkəyə koordinasiya adı ilə giribsə, orda diasporamız daha çox parçalanıb, orada daha ciddi problemlər yaranıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev səsləndirib. Onun sözlərinə görə, Fuad Muradov özünün namizədlərini hər yerdə irəli ötürməyə çalışır və beləliklə diaspora fəalları, təşkilatları tərəfindən seçilməyən, strukturlaşmayan Şuralar bir-bir fiaskoya uğrayır:
"Maraqlı burasıdır ki, Koordinasiya Şuraları bir fəaliyyət meydanı kimi deyil, "yem meydanı" olaraq görülür. Diaspora Komitəsi rəhbərliyi, birbaşa Muradov büdcədən pulların silinməsi prosesini bu Şuralar vasitəsi ilə həyata keçirir. Beləliklə, ələ baxımlı diaspora formalaşdırma prosesi davam edir".
Anar Əliyev