Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BQXK -nin Qarabağdakı terrorçu qrupların təchizatında iştirakı faktları mövcuddur

BQXK -nin Qarabağdakı terrorçu qrupların təchizatında iştirakı faktları mövcuddur


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yenə də öz ampluasındadır. Sözügedən təşkilata Bakı tərəfindən tutulan iradlara baxmayaraq Komitə hələ də öz fəaliyyət missiyasından kənara çıxaraq Qarabağdakı separatçıların təchizatı istiqamətində addımlar atır, fəaliyyətlər göstərir. Həmçinin, Komitə buraya baş tutan daşımaları da bir növ monopoliyaya alıb.

Newscenter.az-ın xəbərinə görə, politoloq Yeganə Hacıyeva deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndiyə daşınmaları monopoliya almasını təkzib edən açıqlama yaysa da, məsələ tamamilə fərqlidir:

"BQXK bunu təkzib edə bilər, amma fəaliyyətlərindəki reallıq tam əksini göstərir. BQXK -nin Qarabağdakı terrorçu qrupların təchizatında iştirakı faktları mövcuddur. Bu isə artıq humanitar fəaliyyət deyil".

Anar Əliyev
Xəbəri paylaş