Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ehtiyatsızlıqdan tanışının ölümünə səbəb olan şəxs tutulub

Ehtiyatsızlıqdan tanışının ölümünə səbəb olan şəxs tutulub


Sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Newscenter.az-a İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş