Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müttəfiqlik salnaməsi

Müttəfiqlik salnaməsi


"Son günlər yaşadığımız bölgədə baş verən proseslər, Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə bağlı ermənilərin davam etdirdiyi “humanitar blokada” şousundan Azərbaycanın milli maraqlarına qarşı sui-istifadə edən dövlətlərin, xüsusilə də Fransanın, Kanadanın ədalətsiz mövqeyini izləyirik. Ermənistana havadarlıq edən bu ölkələr bölgədə sülhü pozmağa cəhd edir, Azərbaycana qarşı BMT, müxtəlif təşkilatlarda əsassız iddialar qaldırırlar. Əlbəttə, bu provaskasiyaların hər birinin qarşısı Azərbaycanın sarsılmaz qətiyyətli mövqeyi sayəsində alınır, erməni lobbisinin və himayədarlarının cəhdləri fiaskoya uğrayır. Bu cür siyasi manipulyasiyaların ifşasında ölkəmizin haqq səsinin müdafiə edən dövlətlərin sayı isə lap çoxdur, onların sırasında bizimlə həmrəy olan dost İsrail dövlətinin xüsusi siyasi dəstəyi və qətiyyətli mövqeyi isə daha qürurvericidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. O bildirib ki, İkinci Qarabağ müharibəsində olduğu kimi bu gün baş verən geosiyasi proseslərdə yanımızda olan İsrail əsil müttəfiqlik nümunəsi nümayiş etdirir:


"Ötən həftə Ağdam-Xankəndi yolunda Qızıl Aypa Cəmiyyətinin apardığı yüklərin çatdırılmasına qarşı növbəti teatr quran ermənilərin hərəkətləri ilə yerindəcə tanış olan xarici dövlətlərin diplomatik korpusun nümayəndələri sırasında yer alan İsrail Səfirliyinin bu məsələ barədə açıqlamaları erməni saxtakarlıqlarının darmadağn edilməsində çox ciddi mesaj oldu.

İsrailin nüfuzlu siyasi şərhçilərinin, ictimai xadimlərin çıxışlarında və yazılarında Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadəni təşkil edən Azərbaycanın xoşniyyətli addımlarının müqabilində böhtan kampaniyasından əl çəkməyən erməni saxtakarlıqlarına qarşı tutarlı cavablar verilməsi də siyasi həmrəylik nümunəsidir".

Vaqif Abdullayev qeyd edib ki, bu günlərdə erməni lobbisinin çirkin oyunlarından biri kimi Holokost mövzusundan Azərbaycana qarşı qarayaxma təbliğatına da cəhdlər oldu, ancaq hayların bu provakasiyası da fiaskoya uğradı. Dünyanın müxtəlif yerlərində yaşayan yəhudilər, ravvinlər həmrəyliklə, mütəşəkkilliklə bəyanat verərək Ermənistan rəhbərliyinin Azərbaycana qara yaxmaq və təbliğat məqsədləri üçün Holokostdan istifadə etmək fürsətçilliyinə sərt mövqe bildirdilər, bu sərrast zərbə ilə erməniləri rüsvay etdilər:

"Eləcə də ötən həftə Milli Məclisdə keçirilən Azərbaycan-İsrail parlamentlərarası dostluq qruplarının görüşündə, növbəti gün

İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdə səslənən fikirlərdə də Azərbaycan və İsrail arasında möhkəm dostluğu pozacaq heç bir qüvvənin movcud olmadığına işarə edildi. Eləcə də israilli deputatların Azərbaycana səfəri çərçivəsində Quba rayonunun Qırmızı Qəsəbəsində olması da siyasi həmrəyliyə işarədir".

Akademikin sözlərinə görə, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Təl-Əvivdə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi və digər mühüm dövlət qurumlarının nümayəndələri ilə görüşləri, baş nazir Netanyahu tərəfindən qəbul olunması və söhbət zamanı Azərbaycana qarşı dəstəyin ifadə olunması bir daha İsrailin strateji müttəfiq kimi əbədi dostluğunun göstəricisidir:

"Hikmət Hacıyevin İsrailin nüfuzlu “I24NEWS” telekanalına müsahibəsində vurğuladı ki, Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir və hazırda iki ölkə arasında münasibətlərin dinamikası hər gün artır. Bizim aramızda sarsılmaz dərin etimad və inam daha da möhkəmlənir. Bu möhkəm etibarlı və strateji müttəfiqlik üçüncü bir ölkəyə, o cümlədən bizim qardaşlığımızı qısqanan İrana yönlməyib. İki ölkənin səmimi və xoşməramlı münasibətləri regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir".

Anar Əliyev
Xəbəri paylaş