Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qondarma “prezident seçkiləri” birmənalı şəkildə rədd edilir

Qondarma “prezident seçkiləri” birmənalı şəkildə rədd edilir


Sentyabrın 9-da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri” Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bununlada rəsmi İrəvan öz imzasına hörmət etmədiyini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını, təxribatlara əl ataraq regionda sülhə təhdid dövlət olduğunu növbəti dəfə göstərmiş oldu. Eyni zamanda dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də qondarma “prezident seçkiləri” tanınmır, birmənalı şəkildə rədd edilir və bu "seçkilərin" beynəlxalq hüququn norma və prinsiplərinə təmamilə zidd olduğu qeyd edilir.

Bunu Newscenter-az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, şübhəsiz Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı parlaq qələbə, ölkəmizin sürətli inkşafı və dünya miqyasında nüfuzunun günbəgün artması Ermənistanı və onun havadarlarını xeyli narahat edir. Məhz bu təxribatlar da həmin narahatlıqlardan irəli gəlir. Ermənistan hakimiyyəti birmənalı şəkildə anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı Azərbaycan Ordusu və Dövləti tərəfindən qətiyyətlə alınacaqdır. Hər bir təxribata layiqli cavab veriləcəkdir. Biz bunu dəfələrlə sübut etmişik. Maraqlıdır rəsmi İrəvan bilə-bilə ki, təxribatlar onlar üçün ağır nəticələnəcək hansı səbəbdən yenə də təxribatlara əl atır?! Görünür Ermənistan hakimiyyəti öz havadarlarını xalqından üstün tutur və dünyada biabır olmaqdan “xoşlanır”.
Artıq Ermənistan iki yoldan birini seçməlidir: Ya maşa dövlət olmağa davam edəcək, təxribatlara əl ataraq hər dəfəsində cəzalanacaq, mövcud böhranları daha da dərinləşdirərək öz sonunun yaxınlaşdıracaq ya da müstəqil dövlət olaraq havadarlarına – onu məhvə aparan qüvvələrə yox deyərək, Azərbaycanın onlara verdiyi tarixi şansı - sülh təklifini dəyərləndirəcək və bununla da mövcud böhranlardan yaxa qurtararaq Ermənistanın inkşafına qərar verəcəklər:

“ Zamansa daralmaqdadır. Yaxşı olardı ki , Ermənistan tərəfi qısa zamanda öz seçimini etsin, tarixi və “Dəmir Yumruğu” unutmasın və səbrimizi yoxlamasınlar!”

Ruhiyyə
Xəbəri paylaş