Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir


Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd edilib ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.

Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur.



Mehman Mehdiyev
Xəbəri paylaş