Azərbaycan Tarixi Zəfərdən sonra yeni reallıqlara uyğun müəyyən etdiyi siyasi qərarlarını və geridönməz şərtlərini qeyd-şərtsiz Ermənistana diqtə etdirməklə siyasi-diplomatik uğurlarını möhkəmləndirməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, bu il aprelin 23-də Ermənistanla şərti sərhəddə Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suverenlyinin möhkəm təminatına çevrildi:
"Cənab İlham Əliyevin bəyan etdiyi kimi 23 aprel bizim ərazi bütövlüyümüzü tam bərpası oldu. Qarabağda yaşayan erməniəsilli vətəndaşları üçün kommunikasiya və humanitar bağlantı məqsədilə Laçın-Xankəndi yolunu istifadəyə verən Azərbaycan hökuməti bu yolun manipulyasiya predmetinə və qaçaqmalçılıq, silah və hərbi vasitələrin daşınmasına çevrilməsini aşkarladıqdan sonra daha etibarlı və təhlükəsiz Ağdam-Xankəndi yolunu beynənxalq humanitar daşınmalar üçün geniş şəkildə açıq elan etdi, ən zəruri tədbirləri həyata keçirdi".
Akademik qeyd edib ki, Azərbaycan bu təşəbbüsü ilə həm də öz vətəndaşları olan Qarabağın erməni əhalisinin sosial vəziyyətini yaxşılaşdırmaq, onları cəmiyyətimizə sıx inteqrasiyasa etmək niyyətlərini ortaya qoydu:
"Separatçılar isə buna mane olmağa çalışırlar, onların Ağdam-Xankəndi yolunu bağlamaqla guya Azərbaycan qanunlarına tabe olmayacaqlarını göstərməyə çalışdılar. Ancaq Azərbaycanın qətiyyətli geridönməz şərtləri qarşısında heç nəyə nail olmadıqlarını dərk etdilər.
Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus yük maşınlarının Ağdam-Xankəndi yolu ilə ünvanına çatması ilə bu şou başa çatdı, Artıq bu yolun istifadəyə açıq olduğu və Azərbaycanın prinsipial şərtlərinin gerçəkləşdiyi öz təsdiqini tapdı".
Vaqif Abdullayev hesanb edir ki, bu, Qarabağdakı separatçıların və onların havadarlarının siyasi manipulyasiyalarının fiaskoya uğraması və Azərbaycanın növbəti qələbəsidir:
"Bununla da, ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş maşınların bundan sonra Ağdam-Xankəndi yolu ilə hərəkəti rəsmiləşmiş oldu. Bu, beynəlxalq ictimaiyyəti “humanitar blokada” teatrı ilə aldatmağa çalışan, Azərbaycana qarşı əsassız böhtan kampaniyası aparan erməni lobbisinin də fiaskosudur. Bu, siyasi qələbə ermənilərin bundan sonra da Azərbaycan dövlətinin irəli sürdüyü bütün şərtlərilə razılaşmağa məcbur olacaqlarının anonsudur. Xankəndindəki qondarma rejimin Azərbaycan Konstitusiyasına hörmət etməyin və Azərbaycan qanunlarına tabe olmağın yeganə yol olduğunu anlamasıdır".
Vaqif Abdullayev daha sonra bunları qeyd edib:
"Bu mənzərə, eyni zamanda, Ermənistandakı revanşistləri və separatçıları “qisasa” təhrik edən güclərin, Fransa başda olmaqla, ermənipərəst qüvvələrin siyasi-diplomatik məğlubiyyətidir. Ona görə də İrəvanı təxribatlara təhrik edən havadarları siyasi masada ard-arda məğlubiyyətlərdən dərs çıxararaq Azərbaycanın əzmkar siyasi iradəsinin əleyhinə getməyin vaxt itkisi və məntiqsiz olmasını qəbullanmalıdır. Necə ki, Paşinyan və komandası bunu dərk edir, 2020-ci ildə müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvlərini Xankəndindən geri çəkməsi, silahlı radikal qrupların Laçın postundan Ermənistana qayıtması Azərbaycanla oyun oynamağın bitdiyinə işarədir".
Anar Əliyev