Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtlərdən canlı "bomba" kimi istifadə etmək cəhdi beynəlxalq Konvensiyalara da ziddir

İtlərdən canlı "bomba" kimi istifadə etmək cəhdi beynəlxalq Konvensiyalara da ziddir


"Erməni həyasızlığı, erməni barbarlığı həqiqətən də sərhəd tanımır. Onların itə partlayıcı qurğu bağlayıb bizim hərbi mövqelərimizə tərəf göndərmələri bu xalqın necə ağlasığmaz murdarlıqlara qadir olmağının göstəricisidir. Biz azərbaycanlılar yüksək mənəviyyat sahibi olan bir xalqıq. Ona görə də düşünürük ki, heç bir xalq belə alçaq üsullara əl atmağı özünə rəva bilməz. Lakin görünən budur ki, ermənilər Azərbaycana qarşı hər cür pisliyə əl atmağa hazırdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi, kamikadze kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstərilməsi danılmaz, real faktdır. Bunu ermənilər ediblər:

"Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq, onu mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər. Lakin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə göndərdikləri itin üzərindəki partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb".

Komitə sədrinin sözlərinə görə, bu təxribat onu göstərir ki, irqçiliyin, insana nifrətin, heyvanlara qarşı acımasızlığın ən yüksək həddinə çatan ermənilər nə hüquq tanıyırlar, nədəki mənəvi-əxlaqi normalara dəyər verirlər. Ermənilər üçün heç bir "qırmızı xətt" yoxdur. Bütün beynəlxalq təşkilatlar ermənilərin bu azğınlığına sərt münasibətini bildirməlidir:

"Dünyada heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar da haqq səsini qaldırmalı, erməni vəhşiliklərinin sərhədsizliyinə öz etirazlarını bildirməlidirlər. İtlərdən canlı "bomba" kimi istifadə etmək cəhdi beynəlxalq Konvensiyalara da ziddir. Görünür ermənilərə bu kimi ən adi həqiqətləri qandırmaq üçün də ayrıca maarifləndirmə işləri aparılmalıdır".

Anar Əliyev
Xəbəri paylaş